Xəbərlər
15.07.2023, 01:16
“Qəbələ” klubu fransalı futbolçu ilə müqavilə imzalayıb
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” Bilel Auaşeriyanın keçidini gerçəkləşdirib. İyirmi doqquz yaşlı fransalı hücumçu ilə iki illik müqavilə imzalanıb.
“Sent Etyen” klubunun yetirməsi olan Bilel vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib.
Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay