Rəcəb Tayyib Ərdoğan: Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir
Türk Silahlı Qüvvələri dünyanın ən güclü və güvənilən ordularından biridir. Dünyadakı dövlətlərin bir çoxunun hərbi keçmişi bir neçə əsrlik olduğu halda, türk millətinin nizami ordu tarixi 2 min 232 ildir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunlarının buraxılış mərasimində söyləyib. O əlavə edib ki, ordu-millət anlayışının sahibi olan türk milləti Mete Han, Sultan Alparslan, Fatih Sultan Mehmet, Qazi Mustafa Kamal kimi dahi sərkərdələr yetişdirib. Türk ordusu həm də dost və qardaş xalqlar üçün bir ümid məşəlidir. Türkiyə Silahlı Qüvvələri öz yurdunu qorumaqla yanaşı, müxtəlif sülhməramlı əməliyyatlarda da iştirak edir.

Türkiyə Prezidenti vurğulayıb: “Biz tarix boyu kimsənin malına, mülkünə zərər vermədik, namusuna əl uzatmadıq, məsum insanların canına qıymadıq. Cənubi Koreyadan Əfqanıstana qədər bir çox yerlərdə övladlarımızı şəhid verdik. Bu reallıqlar ortada olduğu halda, ölkəmizə qarşı aparılan kampaniyaları şiddətlə qınayırıq. Eyni zamanda, NATO-ya verdiyimiz töhfələr müqabilində, üzvü olduğumuz bu alyansın gələcəyi üçün narahatıq. Terrorla demokratiya, terrorla təhlükəsizlik və insanlıq bir araya sığmaz”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, NATO-nun genişləndirilməsi kontekstində Türkiyə Finlandiyanın alyansa üzvlüyünü dəstəkləyib, lakin terrorçuları himayə edənlərə də etirazını bildirib. Onun sözlərinə görə, terrorla arasına məsafə qoya bilməyən dövlət NATO-nun üzvü ola bilməz. “Gələn həftə Vilnüsdə keçiriləcək Zirvə görüşündə bu məsələləri təkrarən üzv dövlətlərin diqqətinə çatdıracağıq. Ölkəmiz və millətimiz üçün xeyirli olan nədirsə, onu həyata keçirəcəyik”, -deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyənin dövlət başçısı Milli Müdafiə Universitetindən məzun olan əcnəbi tələbələri də təbrik edib, onlara öz vətənlərinin təhlükəsizliyi və rifahı naminə uğurlar diləyib.

Son xəbərlər

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930