Müqəddəs Qurban bayramı - unudulmayan mənəvi miras
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bu il ölkəmizdə iyunun 28-nə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.

Turaztv/az AZƏRTAC-a istinad'n xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İlahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli söyləyib.

O qeyd edib ki, Qurban bayramı xalqımızın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir.

Hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir”, - deyə Surxay Məmmədli xatırladıb.

Onun sözlərinə görə, müqəddəs Qurban bayramı insanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa səsləyən cəmiyyətdə ali insani dəyərlərin daha da güclənməsinə xidmət edir.

Cəmiyyətimizdə hökm sürən birlik və həmrəylik, dinclik və əmin-amanlıq, təhlükəsizlik və sabitlik bu gün əldə etdiyimiz əvəzsiz uğurumuzdur. Birlik və bərabərlik, xeyirxahlıq və mərhəmət Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizə aşıladığı və bəxş etdiyi ən ali dəyərlərdir. Əsrlərin sınağından keçib günümüzə qədər gəlib çatan dəyərlərimiz və ənənələrimiz milli kimliyimizin yaşadılmasında əvəzsiz rol oynayıb. Əsrlərdən bəri müxtəlif xalqların və dinlərin dinclik və əmin-amanlıq şəraitində yaşadığı ölkəmizdə nümunəvi birgəyaşayış mühiti formalaşıb.

“Üç ildir ki, Qurban bayramını 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızda keçiririk. Artıq bu torpaqlarda məskunlaşma prosesi gedir. Yeni inşa edilən fərdi evlərə köçürülən soydaşlarımız bu bayramı doğma yurdlarında qeyd edəcəklər. Qırx dörd günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. İkinci Qarabağ müharibəsi Vətən yolunda fədakarlığın təntənəsidir. Artıq böyük sevinc və coşqu ilə neçə illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımızda qurbanlarımızı kəsib, bu müharibədə şəhid olanların ruhuna dualarımızı edəcəyik”, - deyə Surxay Məmmədli vurğulayıb.

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031