“Neftçi” 3x3 basketbol üzrə Dünya qadın seriyasının mərhələ çempionu olaraq ilkə imza atıb
3x3 basketbol üzrə Dünya qadın seriyasında Şuşa mərhələsinin qalibi "Neftçi" klubu adını tarixə yazdırmağı bacarıb.
AZƏRTAC xəbər verir ki, finalda Niderland millisinə qalib gələn Azərbaycan təmsilçisi "Neftçi" kommersiya klubu olaraq çempionluq qazanan ilk kollektiv olub.