Turaztv.az » Xəbərlər » “Neftçi” basketbol klubu səfərdə “Olimpik Şəki”ni məğlub edib
Xəbərlər

“Neftçi” basketbol klubu səfərdə “Olimpik Şəki”ni məğlub edib

09.04.2023, 23:34 444
“Neftçi” basketbol klubu səfərdə “Olimpik Şəki”ni məğlub edib
Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun növbəti oyunu keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik” komandası “Neftçi”ni qəbul edib.

Görüşün üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən Bakı təmsilçisi 112:78 hesablı qələbə qazanıb.

Oyunda ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olublar.

Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.

Oxşar xəbərlər