Xəbərlər
10.06.2023, 21:54
Aleksandr Lukaşenko: Əminəm ki, Belarus-Azərbaycan strateji tərəfdaşlığı xalqlarımızın rifahı naminə ardıcıl şəkildə dərinləşəcək
Sizin (Prezident İlham Əliyev – red.) bilavasitə dəstəyinizlə siyasi, iqtisadi və humanitar sahələrdə intensiv inkişaf edən ikitərəfli dialoqu, Minsk və Bakının beynəlxalq arenada konstruktiv qarşılıqlı fəaliyyətini qeyd etmək sevindiricidir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.
“Əminəm ki, çoxillik dostluq ənənələrinə və etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığı ölkələrimizin xalqlarının rifahı naminə ardıcıl şəkildə dərinləşəcək, yeni maraqlı təşəbbüslər və birgə layihələrlə zənginləşəcəkdir”, - deyə Belarus Prezidenti qeyd edib.
Aleksandr Lukaşenko Prezident İlham Əliyevə səmimi-qəlbdən möhkəm cansağlığı, nəzərdə tutulan planların həyata keçirilməsi yolunda tükənməz enerji, Azərbaycan sakinlərinə isə sülh və əmin-amanlıq diləyib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay