Xəbərlər
3.06.2023, 00:12
Gənclərdən ibarət milli komandalarımız təlim-məşq toplanışında
İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 yığma komandalarımız Qax Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıblar.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirirlər.
U-16 və U-18 millilərimiz müvafiq olaraq 19-27 iyul tarixlərində Kosovanın Priştina və 29 iyul - 6 avqust tarixlərində Bakı şəhərlərində keçiriləcək Avropa çempionatı "C" divizionlarının oyunlarına hazırlaşırlar.
Təlim-məşq toplanışı iyunun 15-dək davam edəcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay