Xəbərlər
27.05.2023, 22:47
ALLAH - FOTO
ALLAH
Süzülüb zər kimi qara buluddan,
Şəfəqli günəştək doğuldum Allah !
Çıxmışdı bu dünya, bu cahan yaddan,
Dibsiz qaranlıqda boğuldum Allah !
Necə həsrət qalar işığa insan?
Ruh ölər, can verər bədənində can,
Zülmət qaranlığa bürünər hər yan,
Dərdin təknəsində yoğruldum Allah !
Sındım, çilik - çilik bir şişə kimi,
Can atdım ümidə hey nəşə kimi,
Boy verdim, cücərdim tər rışə kimi,
Eşqinlə toplanıb, doğruldum Allah !
Şəfəqli günəştək doğuldum Allah !
Çıxmışdı bu dünya, bu cahan yaddan,
Dibsiz qaranlıqda boğuldum Allah !
Necə həsrət qalar işığa insan?
Ruh ölər, can verər bədənində can,
Zülmət qaranlığa bürünər hər yan,
Dərdin təknəsində yoğruldum Allah !
Sındım, çilik - çilik bir şişə kimi,
Can atdım ümidə hey nəşə kimi,
Boy verdim, cücərdim tər rışə kimi,
Eşqinlə toplanıb, doğruldum Allah !
QIZBƏS QƏBƏLƏ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















