Vladimir Orliç: Azərbaycan və Serbiya suverenlik, ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirir
Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini deyən Vladimir Orliç iki ölkənin dövlət başçıları arasında münasibətlər və qarşılıqlı səfərlər əlaqələrimizin daha da genişlənməsinə imkan verdiyini vurğulayıb.

Serbiya parlamentinin spikeri qeyd edib ki, müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinə malik ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində həmrəylik nümayiş etdirir.

Parlamentlərarası münasibətlərin inkişaf perspektivlərindən danışan Assambleya sədri bu səfərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcəyini söyləyib. O qeyd edib ki, Serbiya Milli Assambleyası ilə Azərbaycan Milli Məclisi arasında imzalanan anlaşma memorandumu qanunverici orqanlarımız arasındakı əlaqələri yeni səviyyəyə qaldıracaq.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində bildirib ki, Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Serbiya Azərbaycanın Avropadakı ən yaxın dostlarından biridir. Dövlət başçıları arasındakı dostluq münasibətləri ölkələrimizin əlaqələrinin sürətli inkişafında önəmli rol oynayır.

Söhbət zamanı Azərbaycan və Serbiyanın prinsipial məsələlərdə həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə bir-birini daim qarşılıqlı şəkildə dəstəklədiyi, həmrəylik nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan və Serbiya xalqları arasında dostluq əlaqələri dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm əsasdır.

Görüşdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan hazırda Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər inşa edir. Artıq Böyük Qayıdış proqramına start verilib.

Eyni zamanda, Azərbaycanın regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün səy göstərdiyi, Ermənistana sülh sazişi imzalamağı təklif etdiyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Milli Məclisin nümayəndə heyəti Serbiya Milli Assambleyasının binası ilə tanış olub, Sahibə Qafarova Assambleyanın xatirə kitabını imzalayıb.

Son xəbərlər

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Tovuza dolu düşdü - FOTO

Bu rayonlarda işıq olmayacaq - Yenilənib

Yaş deyil, zaman dəyişir: mədəniyyət institutları yenilənmə yolunda

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır

Türk Hava Yolları saqqal qadağasını ləğv etdi

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Sona Abbaszadə : Dünya məni heçə saydın - FOTO

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

PÜSTƏ RƏVAN : SƏN OLMAYAN YERDƏ - FOTO

Sevgisiz ürək əzablarla qovrular - FOTO

AYNA-nın 141 – çağrı mərkəzi nə vaxt cavab verəcək?

İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş

Yasamalın bu ərazilərində işıq olmayacaq

“Başkalarının hayatı”nın yayım günü dəyişdi

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Tacikistanla oyuna ciddi hazırlaşmışıq - Azərbaycan millisinin futbolçusu

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıya gəldi

“Kızılcık şerbeti”ndə yeni sima - FOTO

Tərəf müqabili oldular

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930