Azərbaycandan Avstraliyaya gedən 3.4 milyon dollarlıq narkotik: polis həbslər aparır
Azərbaycandan hava karqosu ilə Avstraliyanın Sidney şəhərinə göndərilən 21 kiloqram narkotik maddə ilə bağlı bu ölkənin polisi yeni həbslər həyata keçirib. Avstraliya mediası xəbər verir ki, iri həcmdə narkotik maddənin idxal edilməsinə görə polis ötən gün üç nəfəri həbs edib. Onlardan birinin evindən 150 min dollar dəyərində heroin aşkar edilib.

Xatırladaq ki, Azərbaycandan hava karqosu ilə Avstraliayaya iri həcmdə narkotik maddənin gedib çıxması barədə xəbərlər hələ ötən həftə bu ölkə KİV-lərində yayılmışdı. Orada göstərilirdi ki, Avstraliyanın Sərhəd Polisi Azərbaycandan hava karqosu ilə göndərilən bağlamadan şübhələnib və yükün rentgen müayinəsi zamanı oradan ümumi çəkisi 7.5 kiloqram olan, “buz” adlandırılan metamfetamin tərkibli kimyəvi narkotik maddə aşkarlanıb. Həmin narkotik maddənin parakəndə satış qiymətinin 5.6 milyon dollar olduğu bildirilirdi.

Narkotik maddə 2019-cu il sentyabrın 8-də Sidney aeroportunda ələ keçirilib. Yükün aşkar edilməsindən iki həftə sonra polis Sidney ətrafındakı Castle Hill rayonunda yaşayan 48 yaşlı Artu Zahed adlı şəxsi həbs edib. Ona qarşı “buz” kimi tanınan narkotik maddəni böyük miqdarda, satış məqsədi ilə ölkəyə gətirmək ittihamı irəli sürülüb. Şəxs saxlanılıb, onun girov əvəzində sərbəst buraxılması istəyi rədd edilib. Həmin şəxs noyabrın 21-də yenidən Feyrfild rayon məhkəməsi qarşısına çıxarılıb.

İndi isə Avstraliya KİV-ləri polisin rəsmi məlumatlarına istinad edərək Azərbaycandan göndərilən narkotik maddənin həşiş qətranı olduğunu bildirir. 21 kiloqram ağırlığında narkotik dəmir folqanın içərisində göndərilib. Və onun bazar dəyərinin 3.4 milyon dollar olduğu göstərilir.

KİV-lər yazır ki, Yeni Cənubi Uels ştatının polisi faktla bağlı təhqiqat çərçivəsində ötən həftə, noyabrın 22-də daha üç nəfəri həbs edib. Bu şəxslər Sidenhemdə, avtomobil dayanacağında saat 5.30 radələrində həbs ediliblər. Yaşları 40, 45 və 61 olan şübhəlilər polis məntəqəsinə aparılıb, avtomobil isə məhkəmə-tibbi ekspertizası üçün müsadirə edilib. Saxlanılanlardan 40 yaşlı və 61 yaşlı şəxslərə xaricdən iri həcmdə narkotik maddə gətirmək ittihamı irəli sürülüb, barələrində gələn il yanvarın 20-nədək həbs qətimkan tədbiri seçilib. 45 yaşlı şəxs isə sonrakı təhqiqatı gözləmək şərti ilə azad buraxılıb.

Təhqiqat çərçivəsində polis habelə Merriland və Smitfelddə üç evdə, habelə bir anbarda axtarış aparıb. Axtarış zamanı bazar dəyəri 150 min dollar olan daha 300 qram heroin, elektron tərəzi və təhqiqata aid olan digər dəlillər aşkarlanıb. Təhqiqat davam edir.(Virtualaz.org)

Son xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

“Yox" deməyi öyrənməyin yolları

Sabah 38 dərəcə isti olacaq

“Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir” - QS rəsmiləri

Yeni serialla ekranlara qayıdır

DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Azərbaycan nefti 82.6 dollara ticarət olunur

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Karapetyan müxalifəti Paşinyana qarşı birləşdirdi

Bakının bəzi ərazilərində işıq olmayacaq

Həyat yoldaşlarının yeri səhv düşdü

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Həmkarının ABŞ-yə səfər edəcəyini açıqladı

"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - FOTO

Radarladan itən təyyarə qəza enişi etdi - YENİLƏNİB

"Nəsə etmək istəyirlər, amma nə edəcəklərini bilmirlər" - Tramp

Məşhur aktrisa 35 yaşında öldü

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930