
Xəbərlər
1.10.2019, 11:03
Hazırladığı yeməklərə narkotik əlavə edən aşbaz saxlanıldı

İtaliyanın Siciliya telekanallarının birində kulinariya proqramının aparıcısı olan aşbaz yeməklərə narkotik əlavə etdiyi üçün saxlanılıb.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Karmelo Kyaramonte adlı şəxsin, evində 2 çətənə kolu yetişdirdiyi məlum olub. Bundan əlavə, onun evindən 1kq narkotik maddə aşkar olunub.
"Kreativ" aşbazın evindən narkotik əlavəli şərab, zeytun və kofe tapılıb. Aşbaz, bu üsulla yeməklərə yeni aromalar qatmaq istədiyini bildirib.
Qeyd edək ki, Karmelo Siciliya yeməklərinin ekspertidir. O, "Katane Palace" mehmanxanasında fəaliyyət göstərir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












