“Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib
“Heydər Əliyev İli” çərçivəsində martın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderimizin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi YAP da Heydər Əliyevin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə il ərzində çoxsaylı tədbirlər keçirəcək. Bu tədbirlərdə Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam” kəlamından deviz kimi istifadə olunmaqdadır.

Xalqımızın maraqlarına, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövrün çağırışlarına cavab verən modern dövlət quruculuğunun Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən olduğunu vurğulayan Tahir Budaqov Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşdiyi bir YAP-ın təsis edilməsinın müasir dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi olduğunu bildirib.

YAP Sədrinin müavini Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsinin prioritet istiqamətlərdən olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı bərabər imkanlara və plüralizmə əsaslanan siyasi sistemin təkmilləşməsinə, dialoq prosesinin dərinləşdirilməsinə, çoxpartiyalı siyasi sistemin inkişafına xidmət edir.

Tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra yeni reallıqlar və çağırışlar fonunda qarşıda bir sıra mühüm vəzifələrin durduğunu qeyd edən Tahir Budaqov diqqətə çatdırıb ki, YAP da rəqabətə, plüralizmə, bərabər imkanlara əsaslanan demokratik mühitin üstünlüklərindən maksimum istifadə etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək milli hədəflərin reallaşmasına öz töhfəsini verir.

“Bərabər inkişaf siyasəti: tarixi ənənələr və müasir çağırışlar” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, milyonlarla insanın ehtiramla xatırladığı Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi ən böyük dühalardan biridir. Heydər Əliyev xalqımızın əsrlər boyu formalaşan milli dəyərləri, ictimai-siyasi şüuru və dövlətçilik təfəkkürü üzərində optimal dövlət modeli qurmaqla, siyasi varislik ənənələrini yaradan bir lider kimi fəlakət anında onu tarixin sınağından məharətlə çıxarmağı da bacaran xilaskardır. Bu baxımdan Heydər Əliyevin siyasi iradəsi və əzmi müstəqilliyimizin qorunub saxlanmasında müstəsna amil olmuşdusa, xalq–iqtidar–ordu birliyinin gücünə istinad edən Prezident İlham Əliyevin Ali Baş Komandan kimi bənzərsiz sərkərdəlik məharəti Ulu Öndərin vəsiyyətinə əməl olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində həlledici faktora çevrildi. Vətən müharibəsindən sonra yeni reallıqların yarandığını diqqətə çatdıran B.Muradova qarşıda duran çağırışlara adekvat reaksiyanı təmin etmək üçün cəmiyyətin bütün təbəqələrinin Prezidentin və dövlətimizin ətrafında sıx birliyinin möhkəmləndirilməsinin önəmini qeyd edib, Ulu Öndərin siyasi mirası olan YAP-ın bu vacib vəzifənin öhdəsindən uğurla gəldiyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov “Yeni Azərbaycan: dövlət idarəçilik sistemində Heydər Əliyev nümunəsi” mövzusunda çıxış edərək Ulu Öndərin hər kəsə örnək olan mənalı həyat yolundan və zəngin idarəçilik təcrübəsindən danışıb. Qeyd edib ki, 1990-cı illərin əvvəlində respublikada iqtisadi, siyasi, sosial xaos, ölkənin xəritədən silinmə təhlükəsi olan dövrdə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi sabitliyi bərpa etdi, milli inkişaf strategiyasını müəyyənləşdirdi, bazar iqtisadiyyatına keçidə başladı, idarəetmənin qanunvericilik bazasını yaratdı, inzibati strukturu yenidən qurdu, vətəndaş həmrəyliyinə nail oldu, əsaslı iqtisadi islahatlara başladı, çoxpartiyalı siyasi sistemə keçidi təmin etdi. Zaman keçdikcə Heydər Əliyevin idarəçilik təcrübəsi daha da aktuallaşır. Xüsusən, bugünkü dünyanın Heydər Əliyevin idarəçilik təcrübəsinə daha çox ehtiyacı var.

Əli Həsənov bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi və idarəçilik irsini ölkənin, xalqın mənafeyi naminə uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəsinin, onun xalqla birliyinin təntənəsidir.

“Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik siyasi sistemin formalaşması və inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə başlandı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin siyasi sisteminin əsas prinsipləri əksini tapdı. Ölkəmizdə bərqərar olan demokratik siyasi sistemin ehtiva etdiyi dəyərlər azərbaycançılıq məfkurəsinin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsində mühüm rol oynadı. Heydər Əliyevin yürütdüyü siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq, ölkə vətəndaşları tərəfindən dəstəkləndi və onlar müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etdilər.

Müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycanın siyasi sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasətin həyata keçirildiyini qeyd edən M.Qurbanlı bildirib ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması və partiyalararası dialoqun möhkəmləndirilməsi sahəsində mühüm addımlar atılır. Azərbaycan vətəndaşlarının dövlət siyasəti ətrafında sıx birləşməsi demokratik siyasi sistemin milli həmrəyliklə bağlı yaratdığı əlverişli şəraitdən irəli gəlir. Vətən müharibəsində ölkə vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsidir.

“Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsi” mövzusunda çıxış edən tarix elmləri doktoru, professor İradə Hüseynova bildirib ki, Ulu Öndər Hеydər Əliyеvin həyаt və fəаliyyəti Аzərbаycаn tаriхində mühüm mərhələ təşkil еdir. Hеydər Əliyеvin fəаliyyəti bir-birinə zidd оlаn iki müхtəlif ictimаi-siyаsi sistеmin qоvuşuğundаn kеçmiş və Ulu Öndər bunlаrın hər ikisindən bаcаrıqlа istifаdə еdərək rеspublikаmızın tərəqqisini təmin еdib. İradə Hüseynova müstəqilliyin bərpasından sonra ictimаi-siyаsi böhrаnla üzləşən və iflic vəziyyətinə düşən Аzərbаycаnın Ulu Öndərin müstəsna xidmətləri sayəsində qısa müddətdə ictimаi-siyаsi sаbitliyin təmin edildiyi, bütün sаhələrdə köklü islаhаtlаrın aparıldığı, dеmоkrаtik inkişаf yоlundа mühüm аddımlаr atan, nüfuzlu, еtibаrlı, pеrspеktiv imkаnlаrı оlаn dövlət kimi dünyа birliyində lаyiqli yеr tutan ölkəyə çevrildiyini vurğulayıb. Həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dövlətçiliyin əsaslarını gücləndirir, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda məruzəsində Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması istiqamətində həyata keçirdiyi islahatlardan söz açıb, uzaqgörənliklə atılan addımların bugünkü inkişaf üçün etibarlı zəmin yaratdığını vurğulayıb. Bu gün Azərbaycanda müstəqil, güclü, azad, peşəkar vətəndaş cəmiyyətinin formalaşdığını və inkişaf etdiyini diqqətə çatdıran Aygün Əliyeva Vətən müharibəsi və postmünaqişə dövründə gecə-gündüz davam edən informasiya müharibəsində vətəndaş cəmiyyəti nümayəndələrinin mühüm nailiyyətlərə imza atdıqlarını bildirib, bu xüsusda fədakar vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda 80 gündən artıqdır davam etdirdikləri etiraz aksiyasının önəmini qeyd edib.

Son xəbərlər

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930