Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Fevralın 24-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə YAP-ın Yasamal rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə silsilə tədbirlərin keçirildiyini deyib. Qeyd edib ki, Heydər Əliyev irsinin öyrənilməsi üçün partiyanın veteran üzvlərinin gənclərlə görüşü çox əhəmiyyətlidir.

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının çoxşaxəli tədbirlərə start verdiyini xatırladıb. Bunlardan biri də YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşlərinin keçirilməsidir. Məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bildirib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib. S.Qəhrəmanova deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.

YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitununun direktoru Misir Mərdanov ölkəmizin gələcək inkişafında gənclərin rolunu vurğulayıb. O qeyd edib ki, gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir. Çünki bu yolun alternativi yoxdur. M.Mərdanov bildirib ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərimizin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına Hərbi Liseyin yaradılmasını, 1993-cü ildə respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələri kimi səciyyələndirib. 1990-cı illərin əvvəlində ölkədə mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Əsgərov bildirib ki, respublikamızda hökm sürən qeyri-sabitlik, tənəzzül ziyalıları ciddi narahat edirdi. Hər kəs bilirdi ki, Azərbaycanı Heydər Əliyev kimi böyük dövlət xadimi xilas edə bilər. Belə bir şəraitdə “91-lər” kimi tanınan bir qrup ziyalı olaraq Heydər Əliyevə müraciət etdik. Heydər Əliyev bu müraciətə məktubla cavab verdi. Həmin cavab məktubu Azərbaycanın gələcəyinə baxış idi. Heydər Əliyevin həm də mənəviyyat adamı olduğunu deyən Ş.Əsgərov Ulu Öndərimizin müdrik kəlamlarını səsləndirib.

Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir - FOTOLAR

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031