Turaztv.az » Xəbərlər » Slovakiya MN: “MiQ-29” qırıcılarının Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətini azaltmayacaq
Xəbərlər

Slovakiya MN: “MiQ-29” qırıcılarının Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətini azaltmayacaq

20.02.2023, 01:38 457
Slovakiya MN: “MiQ-29” qırıcılarının Ukraynaya verilməsi ölkənin müdafiə qabiliyyətini azaltmayacaq
Sovet “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi Slovakiyanın müdafiə qabiliyyətinə təsir etməyəcək, çünki bu təyyarələr uzun müddətdir istifadə olunmur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) rəhbəri Yaroslav Nad bildirib.

“Slovakiya artıq “MiQ-29” qırıcılarından istifadə edilmir. Bu qırıcılar üçün pilotlar hazırlanmır və onların saxlanılması əlavə xərc tələb edir. “MiQ-29”ların Ukraynaya bağışlanması respublikanın müdafiə qabiliyyətini azaltmayacaq”, - deyə nazir qeyd edib.

O həmçinin deyib ki, qırıcıların dəyərinin 50-60 faizi Avropa İttifaqı vasitəsilə Slovakiyaya ödəniləcək.

Y.Nad əlavə edib ki, əgər bu qırıcıların Ukraynaya verilməsi gündəmə gəlsə, o zaman bu məsələ ilk növbədə Slovakiya parlamentində müzakirə olunacaq.

Onun sözlərinə görə, ölkənin Hərbi Hava Qüvvələrində “MiQ-29”u idarə edə bilən cəmi 4 pilot var və belə pilotların hazırlanması Slovakiyanın əvvəlki hökuməti tərəfindən dayandırılıb.

Oxşar xəbərlər