Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Fevralın 11-də xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasının böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş şəhərinə səfər edib. Nazir Ceyhun Bayramovu hava limanında Türkiyə Respublikasının xarici işlər naziri Mövlut Çavuşoğlu qarşılayıb.

Azərbaycan XİN-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramov Türkiyə Respublikasının Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini, Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bazasını və xilasedicilərimizin fəaliyyət göstərdiyi sahəni, o cümlədən Azərbaycan tərəfindən zəlzələ zonasına göndərilmiş səhra xəstəxanasını ziyarət edib, media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında iştirak edib.

AFAD Mərkəzini və Daxili İşlər Nazirliyinin Kahramanmaraş Bölgə Mərkəzini ziyarət edən nazir Ceyhun Bayramov, zəlzələ bölgəsində dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində AFAD tərəfindən görülən genişmiqyaslı işlərlə tanış olub. Nazir Ceyhun Bayramov, xarici işlər naziri Mövlut Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylunun iştirak etdiyi tədbirdə çıxış edərək Türkiyə dövlətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu qeyd edən nazir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fəlakətin ilk günündən ölkəmiz tərəfindən həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.

Sonra nazir Ceyhun Bayramov, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, habelə dağıntılar altında qalmış vətəndaşların xilas edilməsi məqsədilə fəaliyyət göstərən FHN-in çevik xilasetmə qüvvələrinin bazasını, o cümlədən onların çalışdıqları ərazini ziyarət edib. Axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz şəkildə davam etdirən xilasedicilərimizin fəaliyyəti, indiyədək görülən işlərin nəticələri ilə tanış olan nazir Ceyhun Bayramov, zəlzələdən zərər çəkmiş şəxslərin həyatının xilas olunması istiqamətində fədakar fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Türkiyədə baş vermiş zəlzələdə xəsarət alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsinə dəstək məqsədilə Azərbaycan tərəfindən göndərilmiş səhra xəstəxanasını ziyarət edən nazir Ceyhun Bayramov, bütün lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunmuş bu xəstəxanada fəaliyyət göstərən həkimlərimiz ilə görüşüb. Həkimlərimizin fəaliyyəti ilə tanış olan nazir Ceyhun Bayramov, onlara bu məsuliyyətli işlərində göstərdikləri səylərə görə minnətdarlığını bildirib.

Yekunda media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransında çıxış edən nazir Ceyhun Bayramov, səfərin yekunları, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımlar, o cümlədən baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyəsi, həlak olmuş vətəndaşlarımız barədə sualları cavablandırıb.

Son xəbərlər

Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930