Türkiyədə zəlzələ qurbanlarının sayı 17 min 134 nəfərə çatıb -YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 17 min 134-ə, yaralananların sayı isə 70 min 347-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) açıqlayıb.

19:47

Türkiyədə zəlzələ nəticəsində indiyədək 16 min 546 nəfərin həlak olduğu, 66 min 132 nəfərin yaralandığı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Kilisdə açıqlayıb.

Türkiyənin son yüz ilin ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzə qaldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan türk xalqının yaranmış çətinliklərin öhdəsindən mətanətlə gələcəyinə əminliyini ifadə edib. Bildirib ki, dövlət heç bir vətəndaşını sahibsiz qoymayacaq.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları 4-cü gündür ki, fasiləsiz davam edir. Əməliyyatlarda Azərbaycan xilasediciləri də yaxından iştirak edirlər. FHN-dən verilən son məlumata görə, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ olaraq çıxarıb.

18:06

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 16 min 170 nəfərə, yaralıların sayı 64 min 194 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə zəlzələ bölgəsinə səfəri zamanı bildirib. Onun sözlərinə görə, bütün dövlət qurumları, bütün türk xalqı səfərbər olunub, ölkənin hər yerindən yardımlar gəlir.

Qeyd edək ki, zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejiminin elan olunması qərarı bir qədər əvvəl Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.



14:45

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 14 min 14 nəfərə çatıb, 63 min 794 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu rəqəmləri zəlzələ bölgəsinə səfəri zamanı Qaziantepdə açıqlayıb.

Türkiyə Prezidenti bildirib ki, zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi bu gün Böyük Millət Məclisində səsvermədən sonra qüvvəyə minəcək.

Rəcəb Tayyib Ərdoğanın Qaziantepdən sonra Osmaniyəyə və Kilisə gedəcəyi bildirilir.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə-gündüz tam gücü ilə davam edir. Zəlzələnin 4-cü günü dağıntılar altından onlarla insan sağ çıxarılıb. Əməliyyatlarda 53 ölkədən 6 min 150 xilasedici iştirak edir. Azərbaycandan zəlzələ bölgəsinə FHN-in 725 nəfərlik şəxsi heyəti göndərilib.

10:59

Türkiyədə zəlzələ nəticəsində indiyədək 12 min 873 nəfərin həlak olduğu, 62 min 937 nəfərin yaralandığı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Türkiyə vaxtı ilə bu gün saat 7:45-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 1117 afterşok qeydə alınıb. Zəlzələ bölgəsinə 113 mindən çox personal cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında 24 min 727 xilasedici iştirak edir. Xarici ölkələrdən 5 min 709 nəfər xilasedici gəlib. Zəlzələdən ən çox zərər çəkən 10 şəhərdə 92 min 738 çadır qurulub.

Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.

04:30

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə, yaralananların sayı isə 62 min 914 nəfərə çatıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031