Türkiyədə zəlzələ: 4544 nəfər həlak olub, 26 mindən çox insan yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.


20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031