Turaztv.az » Xəbərlər » Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb
Xəbərlər

Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb

07.02.2023, 00:54 507
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 2316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6217 olub.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Oxşar xəbərlər