Xəbərlər
8.02.2023, 23:34
ALLAH TÜRKÜ QORUSUN! BAŞIN SAĞ OLSUN TÜRK DÜNYASI!
ALLAH TÜRKÜ QORUSUN!
BAŞIN SAĞ OLSUN TÜRK DÜNYASI!
BAŞIN SAĞ OLSUN TÜRK DÜNYASI!
Yenə də səhərlər qəmlə açıldı
Apardı canları fəlakət Allah.
Nə üçün türkləri çəkib sınağa
Yaşatdın bizlərə qiyamət Allah.
Hökm də səndədir, qüvvə də səndə
Bizlərə kömək ol bu çətin gündə.
Qarşında baş əyir hər mömin bəndə
Səndədir o ülvi mərhəmət Allah.
Qoy hər an dik olsun uca başımız
Axmasın bir daha göz yaşlarımız.
Çətində, dardadı qardaşlarımız
Göstərmə sən türkə məşəqqət Allah!
QARDAŞ TÜRKİYƏNİN YANINDAYIQ.
Apardı canları fəlakət Allah.
Nə üçün türkləri çəkib sınağa
Yaşatdın bizlərə qiyamət Allah.
Hökm də səndədir, qüvvə də səndə
Bizlərə kömək ol bu çətin gündə.
Qarşında baş əyir hər mömin bəndə
Səndədir o ülvi mərhəmət Allah.
Qoy hər an dik olsun uca başımız
Axmasın bir daha göz yaşlarımız.
Çətində, dardadı qardaşlarımız
Göstərmə sən türkə məşəqqət Allah!
QARDAŞ TÜRKİYƏNİN YANINDAYIQ.
Tahir RƏCƏBOV
İSMAYILLI
İSMAYILLI
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









