Turaztv.az » Xəbərlər » Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Xəbərlər

Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb

08.02.2023, 21:52 440
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Antalyada təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti oyununu keçirib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandası ilə qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Millimizin qollarını 5-ci dəqiqədə Murad Məmmədov və 90-cı dəqiqədə penaltidən Sadiq Şəfiyev vurublar. U-19 eyni rəqiblə fevralın 11-də növbəti dəfə üz-üzə gələcək.

Oxşar xəbərlər