Co Bayden Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
AZƏRTAC xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Co Bayden Türkiyədə baş vermiş güclü zəlzələdə həyatını itirənlərə görə bağlı başsağlığı verib, yaralılara isə şəfa diləyib.