Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər
Azərbaycanın Avrasiya məkanındakı nüfuzunun son zamanlar durmadan artması təsadüfi deyil. Burada ölkəmizin mühüm geosiyasi məkanda yerləşdiyinə və ya zəngin təbii resurslara malik olması deyil dövlət başçısının siyasi uzaqgörənlikdən yaranan nüfuzunun mühüm rolu var.
Ötən əsrin son onilliyində Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə bizi bir dövlət kimi tanıyan ilk ölkələrdən biri məhz Rumıniya olmuşdur. Həmin il dekabrın 11-də rəsmi Buxarest Azərbaycanın müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyun ayının 19-da qurulmuşdur. 1995-ci ilin iyulunda ümummilli lider Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmiş, sonrakı ilin martında isə Rumıniya Prezidenti İon İlesku Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu qarşılıqlı səfərlər isə ölkəmizin həm siyasi-diplomatik, həm də ticari-iqtisadi əməkdaşlığını bugünkü səviyyəyə qaldırmağa zəmin yaratmışdır.

Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda bu məsələyə toxunaraq bildirmişdir: “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalamışdır”.
Bakı ilə Buxarest bu gün mühüm strateji tərəfdaşlıq platformasına əsaslanaraq, müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addımlar atırlar. Dövlət başçılarının fikrincə, digər sahələr də prioritet təşkil edə bilər, həmçinin nəqliyyat sahəsi də. Bu barədə Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.
Həmçinin Azərbaycan və Rumıniya arasında energetika sahəsində də əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, Rumıniyanın imkanlarından istifadə edilərək Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. Azərbaycan ildən-ilə xaricə qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu artımın bariz göstəricisidir. Xam neft məhsullarının, təbii qazın Avropaya çatdırılmasında mühüm rol oynayan Rumıniyanın Azərbaycanla əməkdaşlığa önəm verməsinin digər bir səbəbi bu münasibətlərin dayanıqlı və etibarlı olmasıdır. Azərbaycanın qaz ixracının sürətlə artması, bərpaolunan enerji mənbələrinin bolluğu və bu enerjinin Avropaya ötürülməsində maraqlı olan Rumıniya üçün Azərbaycanın tərəfdaşı olmaq əlavə dividentlər vəd edir. Eləcə də nəqliyyat, loqistika imkanlarının olması da bu sahədə geniş perspektivlər vəd edir.
Ümumiyyətlə son illər ərzində ölkəmizdə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Bu layihə çox strateji və böyük sərmayə tələb edən layihə olmaqla yanaşı həm də bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Cənab Yohannis kifayət qədər bahalı layihə olan yaşıl enerjinin Avropaya çatdırılmasında Rumıniyanın iştirakını belə əsaslandırmışdır: “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq”.
Ölkə başçısının strateji diplomatiyasının nəticəsidir ki, indi biz enerji strategiyamızı uğurla həyata keçirir, növbəti yeni layihələr üzərində işləyirik. Bu gün Bakı nəinki Azərbaycan, hətta Avropa üçün də çox vacib bir tədbirə - Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk Yaşıl Enerji Məşvərət Şurasına ev sahibliyi edir. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatları ödəməyə imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Biz indi öz enerji və kommunikasiya gücümüzü nümayiş etdirmirik, biz daha bu imkanları necə genişləndirə biləcəyimizi müzakirə edirik. Bu siyasət Azərbaycanın Avropada dayaqlarını möhkəmlətməklə yanaşı, bir sıra infrastruktur sahələrinin, enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin inkişafı üçün zəmin yaradacaqdır.

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

Son xəbərlər

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Ağdam, Çəmənli : Quruyan çöllərim çəmən oldumu? - FOTO

Ürək üçün ən faydalı üç qida

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930