Cüdoçumuz Paris “Böyük dəbilqə” turnirində fransız idmançını məğlub etdi
Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.