Turaztv.az » Xəbərlər » Şəmkirdə qardaş bacısını öldürdü
Xəbərlər

Şəmkirdə qardaş bacısını öldürdü

04.02.2023, 19:45 476
Şəmkirdə qardaş bacısını öldürdü
Şəmkirdə qardaş bacısını qətlə yetirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində baş verib.

31 yaşlı kənd sakini Şahiq Şərəfli 1995-ci il təvəllüdlü bacısı Qənirə Şərifovanı bıçaqla qətlə yetirib.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Onun sözlərinə görə, dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.

Loading...

Oxşar xəbərlər