İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə 23 fevral 2009-cu il tarixli fərmanının ləğv olunmasına dair fərman imzalayıb.

Turaztv.az Gundem.az-a istinadən xəbər verir ki, fərmana əsasən, Xidmətin fəaliyyətinin əsas məqsədi ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Qurum həmin qanuna uyğun olaraq müvafiq sahədə monitorinq həyata keçirməli, öhdəlik daşıyan şəxslər, qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplamalı, şübhəli halları müəyyən etməli, o cümlədən risk qiymətləndirməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etməli, şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirməli, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görməlidir.

Son xəbərlər

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930