Tələbələrimiz etiraz etdilər, erməni səfirin görüşü ləğv olundu


Azərbaycanlı tələbələr Londonun Kraliça Mariya Universitetinin (Queen Mary University - QMUL) İnsan Haqları Mərkəzində Ermənistanın Birləşmiş Krallıqdakı səfirinin “Münaqişə zonalarında insan hüquqları: Dağlıq Qarabağ məsələsi” mövzusunda konfransda iştirakının qarşısını alıblar.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Britaniya Azərbaycanlıları Koordinasiya Şurasına üzv təşkilatın - Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, buna səbəb erməni tələbələrin səfirin görüşünü Azərbaycanın Qarabağ bölgəsindəki erməni separatçılarının “bayrağı” altında təşkil etmək cəhdi olub. Onun sözlərinə görə, bu universitetin məzunu Turan Qafarlı tədbir haqqında xəbər tutan kimi icmamızla və QMUL-da təhsil alan tələbələrimizlə əlaqə saxlayıb.

Ermənilərin qanunsuz hərəkətinin qarşısını almaq üçün fikir mübadiləsi aparılandan sonra tələbələr Qiyafət Xeyirxəbərli, Nicat Osmanlı, Akif Qurbanov, Rəna Süleymanova və Kifayət Dəmirlinin adından Kraliça Mariya Universitetinin prezidenti və direktoru Kolin Qaret Beyliyə müraciət ünvanlanıb.

Müraciətdə bildirilib ki, azərbaycanlı tələbələr universitetin hərbi gərginliyin davam etdiyi ərazilərdə insan hüquqları məsələləri üzrə müzakirələr təşkil etmək səylərini yüksək qiymətləndirirlər, çünki bu, cari məsələlərə işıq salır və mübahisə edən tərəflər arasında qarşılıqlı anlaşmaya kömək edir. Lakin Ermənistan səfirinin iştirak edəcəyi konfrans nüfuzlu akademik qurumların siyasi cəhətdən həssas mövzulara həsr olunmuş tədbirlərinin təşkili və ya keçirilməsi zamanı beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına zəmanət vermir.

Nəzərə çatdırılıb ki, tədbirin təbliği üçün istifadə olunan plakatda separatçıların qondarma bayrağını təsvir etməklə, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirilir və beynəlxalq hüququn prinsipləri pozulur.

Digər tərəfdən, belə bir konfransın təşkili Ermənistan tərəfindən hüquqları pozulmuş azərbaycanlılara qarşı qərəzli münasibət kimi qiymətləndirilə bilər. Üçüncüsü, tədbir yalnız Ermənistanın Böyük Britaniyadakı səfirinin simasında erməni tərəfinə öz perspektivlərini ictimaiyyətə çatdırmaq imkanı verir. Bu da o deməkdir ki, görüş iştirakçıları mürəkkəb məsələ ilə bağlı yalnız birtərəfli məlumat alacaqlar.

Azərbaycanlı tələbələrin müraciəti erməni səfirin 9 fevral 2023-cü il tarixli görüşünün ləğv edilməsi ilə nəticələnib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri bu münasibətlə vətənpərvər gənclərimizi təbrik edib və onlara təşəkkürünü bildirib.

Son xəbərlər

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930