Turaztv.az » Xəbərlər » Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb
Xəbərlər

Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb

29.01.2023, 00:52 444
Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazanıb
Cüdoçumuz Elcan Haciyev Portuqaliyada Qran-Pri turnirində gümüş medal qazanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, yanvarın 27-dən 29-dək Portuqaliyanın Almada şəhərində keçirilən turnirin ikinci günündə - 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb və yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, idmançımız 2022-ci ildə Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Oxşar xəbərlər