
Xəbərlər
28.01.2023, 11:40
Tanınmış həkim vəfat etdi

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.
Bu barədə ATU-nun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Dilarə Xəlilova yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib, ötən gün dəfn olunub.
Məlumata görə, o, uzun müddət ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra xəstəliklə əlaqədar vəzifəsindən uzaqlaşıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











