Fuad Muradov Əlirza Ərdəbili ilə görüşdü - FOTOLAR


İsveçdə yaşayan Ərdəbil əsilli azərbaycanlı jurnalist Əlirza Ərdəbili Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.

Qonağı Bakıda salamlamaqdan məmnun olduğunu bildirən Komitə sədri bütün dünyadakı, o cümlədən İsveçdəki soydaşlarımızın bir araya gəlməsi, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin güclü təbliğ olunması istiqamətində həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların əməkdaşlığının, həmrəyliyinin daha yüksək səviyyəyə çatdırılması diasporun ümdə və tarixi vəzifəsidir.

Görüşə görə təşəkkürünü bildirən Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili cənubi azərbaycanlılarla mədəni əlaqələrin qurulması və inkişafı, ana dilinin müvafiq vasitələrlə tətbiqi və tədrisi üsullarının həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. 30 il ərzində erməni işğalçıları tərəfindən Qarabağda törədilmiş cinayətlərin nəticələri ilə əyani olaraq tanış olmaq, onları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyindən danışıb.

Səfər zamanı soydaşımız Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət edib, Milli Məclisin üzvləri ilə görüşüb, Topçubaşov mərkəzində “Güney Azərbaycan məsələsi beynəlxalq aləmdə” mövzusunda keçirilən dəyirmi masada iştirak edib.

Sonra işğaldan azad edilmiş ərazilərimizə səfər edən ərdəbilli jurnalist Ağdam şəhərindəki dini, mədəni və tarixi abidələr, o cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Dram Teatrı binasının qalıqları və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanı ilə tanış olub. Araz çayının üzərində qurulmuş Xudafərin tarixi abidəsini ziyarətdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Xurşud banu Natəvanın saray kompleksini, Üzeyir Hacıbəylinin abidəsini, Molla Pənah Vaqifin məqbərəsini, Şuşa qalasını ziyarət edib, Cıdır düzündə olub.

Qarabağda gördüklərindən dəhşətə gələn jurnalist ermənilərin vandalizm əməllərinə görə beynəlxalq ictimaiyyəti ittiham edib. “Ağdamda mədəniyyətin izlərini və ermənilərin vəhşi, vandal, insanlıqdan uzaq əməllərinin şahidi oldum. Gördüklərim həm də bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır. Ermənilərin cinayətkar əməlləri haqqında çox yazılmalı, filmlər çəkilməlidir. Mən də bir Azərbaycan ailəsinin üzvü kimi bu istiqamətdə üzərimə düşəni edəcəyəm”, – deyə Əlirza Ərdəbili bildirib.
Fuad Muradov Əlirza Ərdəbili ilə görüşdü - FOTOLAR
Fuad Muradov Əlirza Ərdəbili ilə görüşdü - FOTOLAR
Fuad Muradov Əlirza Ərdəbili ilə görüşdü - FOTOLAR
Fuad Muradov Əlirza Ərdəbili ilə görüşdü - FOTOLAR

Son xəbərlər

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930