Zakir Həsənov: “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunu daha da yüksəldəcək
Yanvarın 14-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsi zamanı Ordunun xidməti-döyüş fəaliyyətinin, eləcə də aparılan hərbi islahatların yüksək qiymətləndirildiyini vurğulayan nazir, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.

General-polkovnik Z.Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.

Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Ordusunda peşəkar kadr heyətinin hazırlanması məqsədilə təhsil sahəsində aparılan islahatlar geniş müzakirə edilib. Bu istiqamətdə görülən işlərin intensivliyinin artırılması ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Orduda keçiriləcək silsilə tədbirlər şəxsi heyətin döyüş ruhunun daha da yüksəlməsində mühüm rol oynayacağını bildirən nazir ideoloji iş və mənəvi-psixoloji təminat istiqamətində fəaliyyətlərin yüksək keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq vəzifəli şəxslərə göstərişlər verilib.

Gündəlik fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, hərbi qulluqçulara, xüsusilə xidmətə yeni qəbul edilən gənc əsgərlərə diqqət və qayğı ilə yanaşılması, onların mövsümi xəstəliklərdən qorunması məqsədilə aparılan tibbi-profilaktik tədbirlərə nəzarətin daha da gücləndirilməsi tapşırılıb.

Sonda qoşun xidmətinin təşkili, eləcə də hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Son xəbərlər

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031