Tanınmış vəkilin qadınlarla bağlı fikri tənqid olundu


Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əkrəm Həsənovun Azərbaycan ailələri ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

Bu barədə paylaşım edən vəkil bildirib ki, ailədə kişinin sözü həlledici olmalıdır:

"Gənc bir ailə yeni doğulan uşağa ad qoymaq üstündə mübahisə edib. Belə ki, ata uşağa öz anasının adını vermək istəyib. Bununla razılaşmayan qadın evi tərk edib. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq. Mənə həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın!

Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar? Günahkar kişilərdir. Çünki cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər. Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil. Qadın əmələ qiymət verir. Əməldə isə kişi qətiyyətli və sözübütöv olmalıdır. Qadın, onun sözü ilə oturub duran kişidən əvvəl-axır soyuyur. Kişinin var-dövləti də kar etmir. Nəticədə onun yerini hətta adını da yaza bilməyən hansısa enlikürək idman təlimçisi asanlıqla tutur”.

Vəkilin paylaşımı ilə bağlı fikir ayrılıqları yaranıb. Əksər kişi istifadəçilər onun fikirləri ilə razı olduqlarını bildirsələr də, hüquq müdafiəçisi kimi onun paylaşımı rəzalət adlandıranlar da olub.

“Qafqazinfo”

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930