İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri tətbiq olunacaq
2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri ilə bağlıdır.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, dəyişiklikdə Vergi Məcəlləsində edilmiş güzəştin paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilməsi, eyni zamanda, bu güzəştin tətbiqi məqsədilə Azərbaycan Prezidenti tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının müəyyənləşdirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, ölkəmizdə elm, təhsil, mədəniyyət, tibb və idmanın inkişafı üçün bir sıra vergi güzəştləri müəyyənləşdirilib. Belə ki, vergiödəyiciləri tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən və hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad edilib. Daha sonra güzəştin dairəsi genişləndirilib, əlavə olaraq vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (“Yaşat” fondu, “Qarabağ Dirçəliş Fondu” və sair) köçürülən hissəsi də 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azad olunub.

Sözügedən dəyişiklik dövlətə məxsus olan hüquqi şəxslərin sosial istiqamətlərdə maliyyə yardımının edilməsində maraqlı olmasına və eyni zamanda, həmin sahələrin maddi gəlirlərinin artmasına gətirib çıxaracaq.

Digər bir dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılan fondlarla bağlıdır. Belə ki, hazırda yalnız Azərbaycan Prezidenti tərəfindən yaradılan fondlara edilən köçürmələr vergidən azaddır. Qanunvericiliyə olunmuş dəyişikliklə ölkə başçısının müvafiq qərarı ilə yaradılmayan, lakin müəyyən ediləcək siyahı üzrə ictimai və sosial məqsədli bir sıra digər fondlara edilən ödənişlərə də güzəşt tətbiq olunub.

Son xəbərlər

FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Axios”: ABŞ hərbçiləri Hörmüz boğazı bölgəsində İranın hədəflərinə zərbələr endirib

İraq üçün DÇ başa çatdı

Konqoda Ebolaya yoluxan və ölənlərin sayı artıb

Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib

Seneqal - İraq matçındailk hissə yekunlaşdı

Yayda hansı mələk rəqəmi sizə yol göstərəcək? - Doğum ayına görə PROQNOZ

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

"Neftçi" slovakiyalı hücumçunu transfer etdi

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Kadir İnanır vəfat etdi

Xalq adamı - FOTO

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930