Bu bankın maaş kartları ləğv edilir - Tapşırıq gəlib
Naxçıvandakı dövlət idarə və müəssisələrində çalışan işçilərin əməkhaqqı kartları dəyişdirilir.

Sfera.az “Gündəlik Naxçıvan”a istinadla xəbər verir ki, bu günə qədər buradakı bütün müəssisə və təşkilatlar maaş kartı almaq və digər əməliyyatlar aparmaq üçün yalnız “Naxçıvanbank” ASC-dən istifadə edə bilərdilər. Çünki, Naxçıvan Maliyyə Nazirliyi onlara ayrılmalı olan vəsaiti həmin banka köçürür, bütün əməliyyatlar məcburi orada aparılırdı.
"Naxçıvanbank"ın Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qızı Bahar Talıbovanın nəzarətində olduğu bildirilir.
Naxçıvanda DTX əməliyyatlara başlayandan bir müddət sonra isə, vəziyyət dəyişib. Artıq, Naxçıvandakı bütün təşkilatlara işçi kartlarını dəyişmək üçün tapşırıqlar verilib. Bundan sonra işçilər maaşlarını "Kapital Bank"ın Naxçıvan filialı üzərindən alacaqlar. Bu barədə “Gündəlik Naxçıvan”a yerli idarə və müəssisələrdən məlumat verilib.
Təhsil sahəsində çalışan Habil Həsənov deyir ki, köhnə kartlarına maaş yatırılmadığından, ötən ayın əməkhaqqını ala bilməyiblər:
“10 gün əvvəl bütün təhsil şöbəsinin müdirlərinə tapşırıq gəlib ki, işçilərin kartları dəyişdirilsin. İşçilərə kartlar “Kapital Bank”ın Naxçıvan filialından sifariş edilsin və əməliyyatlar da orada aparılsın. Bizim bütün könə kartları topladılar. Bu ayın sonundan "Kapital Bank”a məxsus maaş kartlarının paylanmasına başlanılacaq, qalıq maaşlar da ora yatırılacaq".
Məlumatı Naxçıvandakı digər idarə və müəssisələrin əməkdaşları da təsdiq ediblər.

Son xəbərlər

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930