Naxçıvanda növbəti “kadr islahatı”nın arxa üzü – Ədliyə naziri qardaş hesablaşmasına qurban getdi?

Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.

V.Talıbovun digər fərmanı ilə Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ovqat.com-un məlumatına görə, Suliddin Əliyev Ali Məclis sədrinin qardaşı Məhərrəm Talıbovun adamıdır. Bundan əvvəl də Vasif Talıbov öz qardaşına yaxın şəxsləri işdən qovmuş və ya həbs etdirmişdi. Onlardan biri də “Dizayn Holding”-ın formal rəhbəri İlqar Sadıqov idi.

İki qardaş arasında siyasi hesablaşmanın qurbanı olan İlqar Sadıqov əvvəllər Məhərrəm Talıbovun sürücüsü işləyirdi. Onu birdən-birə sükanından ayırıb “Dizayn Holding”-in rəhbərliyinə gətirmişdilər. Himayədarına sədaqəti ilə seçilən və buna görə də Vasif Talıbovun təqdimatına əsasən Prezident İlham Əliyevdən “Tərəqqi” ordeni almaq şərəfinə layiq görülən İlqar Sadıqovu “Dizayn”-da baş vermis maliyə maxinasiyası ittihamı ilə göz altına almış, bəzi qaranlıq mətləblərə aydınlıq gətirdikdən sonra sərbəst buraxmışdılar. Sürücü-sahibkarın günahsız görülərək həbsdən buraxılması səbəbindən Ali Məclis sədrinin yaxınlarda əsl səbəbkarın - Məhərrəm Talıbovun ətrafını budayacağına dair söyləntilər dolaşırdı.

Təsadüfi deyildi ki, “Dizayn” şirkətində aparılan “audit yoxlamalarını” heç kimə həvalə etməyən Ali Məclisin sədrinin prosesə birbaşa nəzarət və rəhbərlik etdiyi bildirilirdi.

Bu iki hadisədən əvvəl işdən uzaqlaşdırılan Naxçıvan Daxili İşlər naziri Əhməd Əhmədovun da Məhərrəm Talıbovun adamı olduğu barədə ciddi informasiyalar var. Keçmiş nazirin Məhərrəm Talıbovla tələbə yoldaşı olduğu deyilir.

İddialara inansaq, hazırda Məhərrəm Talıbovun Naxçıvan rəhbərliyində vəzifəsini qoruyan yeganə kadrı qalıb – Naxçıvan MR Baş prokuroru Səbuhi Şahverdiyev. Bildirilir ki, onun da kreslosu artıq laxlamağa başlayıb. Növbəti qurbanın Səbuhi müəllimin olacağına, türklər demişkən, “kəsin” gözüylə baxılır.

Yeri gəlmişkən, bu gün işdən uzaqlaşdırılan Sulhiddin Əliyev Məhərrəm Talıbovun ən güclü kadrı idi. O, Naxçıvanda “lal nazir” ləqəbiylə tanınırdı. Sülhiddin müəllinə bu ünvanın verilməsi də çox maraqlı səbəb var – artıq sabiq nazir bacardığı qədər gözdən yayınmağı bacaran, heç kimin əleyhinə və xeyrinə kəlmə belə kəsməyən xarakterə mailik idi. Görünür, Naxçıvan MR rəhbərliyinə artıq danışmağı bacaran nazır lazımdır.

Son xəbərlər

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31