Naxçıvanda nazirlərin adları niyə gizlədilir?


Sabah Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri təyin edilməsinin 27 illiyi tamam olur.

Vasif Talıbov bu vəzifəyə 1995-ci ildə Namiq Həsənovun yerinə seçilib. Naxçıvan MR Azərbaycanın hüquq sistemi çərçivəsində idarə edilsə də, buradakı idarəetmə forması barədə ictimaiyyət o qədər də məlumatlı deyil. Son günlərdə Muxtar Respublikada keçirilən əməliyyatlar çərçivəsində müxtəlif vəzifəli şəxslərin saxlanılması da, bu məsələni gündəmə gətirib. Naxçıvan MR-nın Ali Məclisinin və Nazirlər Kabinetinin saytında bu qurumların rəhbər şəxsləri barədə məlumatlar demək olar ki, yoxdur.

Belə ki, Naxçıvan MR-nın saytında yalnız baş nazir Səbuhi Məmmədov və baş nazirin birinci müavini Elşad Əliyevin adları qeyd olunub. Kabinetə daxil olan nazirliklərin rəhbər şəxsləri, eləcə də digər müavinlər barədə rəsmi mənbələrdə məlumatlara rast gəlmək mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytında isə kabinet üzvlərinin (nazirlər, dövlət komitələri və dövlət xidmətlərinin rəhbərləri) adları ardıcıllıqla qeyd edilib.

Maraqlıdır ki, Naxçıvan Nazirlər Kabinetinin saytında yayımlanan rəsmi xəbərlərdə də Talıbovun nazirlərlə kollektiv şəklini tapmaq olmur, bütün müşavirələr təkcə Ali Məclisin Sədrinin şəkliylə yayımlanıb.

Naxçıvan MR-nın Nazirlər Kabinetinin internet resursunda yalnız aparatın məsul şəxslərinin qəbul günləri bölməsində buraya daxil olan şöbələrin müdirlərinin adını tapmaq olar. Buradan məlum olur ki, Naxçıvan Nazirlər Kabinetində aşağıdakı şöbələr var:

Aqrar məsələlər və ekologi̇ya şöbəsi - Mübari̇z Bayramov (şöbə müdiri)

Humani̇tar və sosi̇al məsələlər şöbəsi̇ - Sevi̇nc Cabbarova (şöbə müdiri)

İqti̇sadi̇yyat şöbəsi - Zahi̇d Qənbərov (şöbə müdiri)

Hüquq şöbəsi - Gülçi̇n Dünyamaliyev (şöbə müdiri)

Aparat - Aləm Bağırov (aparat rəhbəri)̇

Ti̇ki̇nti̇, sənaye və energeti̇ka şöbəsi - Ni̇had Qurbanov (şöbə müdiri)

Ümumi̇ şöbə - Fəri̇d Babayev (şöbə müdiri)̇

Naxçıvan MR-in Nazirlər Kabineti Naxçıvan Ali Məclisi qarşısında hesabat verir. Muxtar Respublikada ən yüksək qurum Ali Məclisdir.

Qeyd edək ki, son bir ayda Bakıdan Naxçıvana getmiş xüsusi əməliyyat-istintaq qrupunun həyata keçirdiyi əməliyyatlar nəticəsində Naxçıvan Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov, eləcə də Naxçıvanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Bu proseslərin fonunda əvvəlki illərdə həbs edilən və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətlərinin yaxşı olmadığı bildirilən Naxçıvanın milli təhlükəsizlik naziri olmuş Vəli Ələsgərov məhkəmənin qərarı ilə cəza müddəti başa çatmadan azadlığa buraxılıb, sabiq daxili işlər naziri Əhməd Əhmədov isə həbsxanadan xəstəxanaya köçürülüb.

Xatırladaq ki, bu gün isə mediada Vasif Talıbovun uzunmüddətli məzuniyyətə göndərildiyi barədə məlumat yayılıb.

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Taleh Qaraşov Aşura günündə şəhid məzarlarını ziyarət edib - FOTOLAR

Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək

VAQİF VÜQAR : TANIŞ GƏLİRƏM - FOTO

Qazaxıstanda Mi-8 helikopteri sərt eniş etdi

Qəbulun II cəhd imtahanları başlayır

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930