Xəbərlər
28.12.2022, 22:48
Şəhid və qazi övladları üçün xeyriyyə aksiyası - FOTOLAR
Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazi övladlarının sünnət edilməsi ilə bağlı xeyriyyə aksiyası keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada çıxış edən Qadınlar və hərbi qulluqçuların ailələri üzrə iş şöbəsinin müdiri Zümrüd Səmədova, plastik cərrah Dilqəm Məhərrəmov və başqaları bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin başçısı İlham Əliyev, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər təşkil edilir. Şəhidlərimizi unutmamaq hər birimizin ən müqəddəs borcudur. Şəhid övladları Vətənə əmanətdir. Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə belə xeyriyyə aksiyasını keçirməklə şəhid və qazi ailələrinin yanında olmaq, şəhidlərimizin xatirəsinə ehtiramın və onların ailələrinə diqqətin, qayğının daha bir nümunəsidir.
Şəhid və qazi ailələri dövlətimizin onlara olan xüsusi diqqət və qayğısından razılıq edib və belə xeyirxah aksiyaların təşkilinə görə təşəkkürlərini bildiriblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay