Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıbŞamaxıda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin açılış mərasimi keçirilib.

Turaztv.az bildirir: AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimindən əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Daha sonra Şamaxı rayon Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılış mərasimi rəsmi şəxslərin, deputatların və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.

Yay düşərgəsinin açılış mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Tədris Mərkəzinin rəisi səlahiyyətlərini icra edən Mirəli Kazımov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun mavini Qədir Xəlilov, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseyinov, “Yaşat” Fondunun direktor mavini Rəbiyyə Cəfərova, “Böyük Qayıdış” Gənclər Təşkilatı İB-nin sədri Nail Şükürov, polkovnik-leytenant Soltan Məmmədovun övladı Ləman Məmmədova çıxış ediblər. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətindən, güclü iradəyə malik bir rəhbər olmasından danışılıb, müzəffər Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizdə milli birliyimizdən, gənclərin bu qələbədə ön və arxa cəbhədə göstərdiyi şücaətdən söz açılıb.

Bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladları hər birimiz üçün əmanətdir. Şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərilir, şəhid və qazi övladlarının təhsilinin inkişafı üçün mümkün imkanlar səfərbər edilir. Keçirilən düşərgənin məqsədi də şəhid və qazi övladlarının asudə vaxtlarının səmərəli təşkili, özünə inam, həmrəylik və optimizm hisslərinin gücləndirilməsinə çalışılması, həmin gənclər arasında dostluq əlaqələrinin qurulmasının təmin edilməsi, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Düşərgə müddətində gənclərin Vətən müharibəsi iştirakçıları, rəsmi şəxslər və məşhur simalarla görüşləri, şəxsi və komanda inkişafı yönümlü təlimlər, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlər nəzərdə tutulub.

Tədbirdə Qarabağ Zəfərindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonda tanınmış incəsənət ustalarının iştirakı ilə rəngarəng proqramla konsert verilib.

Azərbaycan Gənclər Fondunun və Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə dəstəyi ilə keçirilən, şəhid və qazilərin60 övladının iştirak etdiyi düşərgə 5 gün davam edəcək.
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb
Şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi açılıb

Son xəbərlər

Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu - Ölən var

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

KÖÇƏ QOŞULURAM BAHAR GƏLƏNDƏ

ELXAS MÜƏLLİM TƏŞƏKKÜR EDİRƏM, DİQQƏT VƏ DƏYƏRİNİZ ÜÇÜN.

Bal yeyərkən bunlara diqqət edin!

Türkiyədə əlverişsiz hava ilə bağlı xəbərdarlıq edildi

Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Özü yıxılan ağlamaz, Hikmət...

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Dənizə gedənlərin nəzərinə!

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031