
Xəbərlər
15.12.2022, 01:07
Fransa millisi ardıcıl ikinci dəfə dünya çempionatının finalında
Finalda Fransa millisi Argentina ilə qarşılaşacaq
Futbol üzrə Fransa millisi Qətərdə keçirilən dünya çempionatının finalına yüksəlib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, komanda yarımfinal mərhələsində Mərakeş yığması ilə qarşılaşıb. “Əl Beyt” stadionunda oynanılan matçda mərakeşli futbolçular erkən qola üzülüblər. Matçın 5-ci dəqiqəsində fransalı Teo Ernandes hesabı açıb. Fransa millisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə də fərqlənən tərəf Fransa millisi olub. Oyunun 79-cu dəqiqəsində Randal Kolo Muani hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Fransa millisi tarixində ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.
Dekabrın 18-də “Lusail” stadionunda keçiriləcək final oyununda Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










