Braziliya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası yığmasını məğlub edən Braziliya seçməsi növbəti mərhələyə adlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Stadium 974”də oynanılan matçda hesabı 7-ci dəqiqədə braziliyalı futbolçu Vinisius Junior açıb. Altı dəqiqə sonra Neymar Koreya Respublikasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını hesabda önə keçirib. Braziliya millisinin üzvü Rişarlison 29-cu dəqiqədə üçüncü topu rəqib qapısına vurub. Qarşılaşmanın 36-cı dəqiqəsində Lukas Paketa fərqlənməklə koreyalı futbolçuları meydanın mərkəzinə dəvət edib. Cənubi Amerika təmsilçisi fasiləyə 4:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə Koreya Respublikası millisi təsəlli qolunu vurmağa müvəffəq olub. Belə ki, matçın 76-cı dəqiqəsində Payk Senq Ho adını tabloya yazdırıb. Bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş Braziliya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda dörddəbir finalda Xorvatiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə isə Fransa ilə qarşılaşacaq.
Braziliya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Braziliya millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib

Son xəbərlər

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031