Ölkədə soyuq hava şəraitinə səbəb nədir?


“Dekabrın ilk ongünlüyündən ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslər müşahidə edilir”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ölkədə tutqun-buludlu, soyuq hava şəraiti üstünlük təşkil edir. Keçən ilin müvafiq dövründə havanın temperaturu xeyli yüksək olub, cəmi 2 gün yağış qeydə alınıb: “Bu il Mərkəzi Rusiyanı əhatə edən çox soyuq Sibir antisiklonunun cənub-şərqə hərəkəti ölkəmizdə də hava şəraitinə öz təsirini göstərib, temperaturun iqlim norması ilə müqayisədə 4.7 dərəcəyədək enməsinə səbəb olub. Atmosfer təzyiqi 777 mm civə sütunu olub ki, bu da normadan xeyli yüksəkdir”.

Xidmət rəisi qeyd edib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-i qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti, Şahdağda isə 17 dərəcəyədək şaxta olub. Müqayisə üçün qeyd edək ki, son illərin müşahidə məlumatlarına əsasən, Bakıda və Abşeron yarımadasında dekabr ayı ərzində havanın minimal temperaturu 2016-cı ildə 4.2 dərəcə şaxta olub:

“Dekabr ayının ötən 8 günü ərzində artıq bəzi rayonlarda yağıntının miqdarı, hətta aylıq normanı aşıb, Tovuzda 146 faiz, Beyləqanda 108 faiz, Lerikdə 100 faiz təşkil edib. Bakıda və Abşeron yarımadasında 16 mm yağıntı düşüb, bu da yarımaylıq normaya yaxındır. Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında 83 faizədək, Daşkəsən-Gədəbəydə 90 faiz, Balakən-Şəki zonasında 65 faizədək, Quba-Xaçmazda 70 faizədək, Mərkəzi Aran rayonlarında 66-90 faiz, Lənkəran-Astara zonasında aylıq normanın 73 faizinədək olub”.

U.Tağıyevanın sözlərinə görə, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, dayanıqlı qar örtüyü əmələ gəlib. Qar örtüyünün maksimal hündürlüyü dekabrın 7-si Daşkəsəndə 13 sm, Şuşada 15 sm, Altıağacda 11 sm, Laçın, Xocavənd, Kəlbəcər və Göygöldə 10 sm, Şəkidə 8 sm, Qaxda 6 sm, Lerikdə 5 sm, Gədəbəy, Qubada 3 sm, Ağdərə (Ordubad), Şamaxı, Şahdağ, Qrız, Xaltanda 2 sm, Qusar, Yardımlı, İsmayıllı, Qobustanda 1 sm olub: “Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”.

Son xəbərlər

Avropa Cüdo Ümidləri Turnirində ilk yarış günü başa çatıb

Tural Abbaslı: ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur”

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Yaponlar niyə yerdə yatır? - Yataqsız evlərin sirri

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi

Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

QAÇILMAZ FACİƏlƏRƏ SƏBƏB OLA BİLƏCƏK BU HALLARIN QARŞISI ALINMALIDIR

Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb

Özü yıxılan ağlamaz, Hikmət...

Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq

Dənizə gedənlərin nəzərinə!

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar

Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB

Uzun fasilədən sonra əkizlərinin şəklini paylaşdı

Həsənxan Əsədov : Baxt yazanda mənə sarı baxdımı? - FOTO

FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031