Xəbərlər
12.11.2022, 22:14
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Kenni Sayef (24) və Rəhman Hacıyev (76) vurublar.
Bu qələbədən sonra xallarını 29-a çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. "Qəbələ" isə 20 xalla 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı 4:2, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura noyabrın 13-də keçiriləcək "Kəpəz" - "Turan Tovuz" və "Sabah" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay