Xəbərlər
21.10.2022, 20:55
Daxili İşlər Nazirliyi: Laçında minaya düşənlərin müalicəsi davam etdirilir
Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı AZƏRTAC-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay