
Xəbərlər
25.10.2019, 10:13
Qonşusu 25 yaşlı gənci bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, hadisə "Baksol" adlanan ərazidə qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Turqut Qafurov qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










