Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Oktyabrın 6-da Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və İndoneziyanın Müstəqillik Gününün 77-ci ildönümü həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, həmçinin müxtəlif ölkələrin Bakıdakı səfirləri, Azərbaycan hökumətinin rəsmiləri, diplomatik korpusun, özəl sektorun nümayəndələri, ölkəmizdəki İndoneziya icmasının təmsilçiləri iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid çıxışında son 30 il ərzində ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlərin qurulduğunu vurğulayıb. Deyib ki, bu il qardaş ölkələrimiz - Azərbaycan ilə İndoneziyanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyini qeyd edirik. Bu dövrdə ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və daim inkişaf edib. Hər ötən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik.

İndoneziya-Azərbaycan münasibətlərinə toxunan diplomat əlavə edib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. Ticarətin həcmi artır və ölkələrimiz arasında qarşılıqlı səfərlər intensivləşir. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznes forumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında İndoneziyanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Nazir iki ölkə arasında iqtisadi, ticari və beynəlxalq təşkilatlar çərçivəsində sıx ikitərəfli əlaqələrin olduğunu vurğulayıb. Deyib ki, Azərbaycan, həmçinin İndoneziyanın beynəlxalq səviyyədə göstərdiyi dəstəyə və həmrəyliyə görə bu ölkəyə minnətdardır.

“Azərbaycan və İndoneziya gözəl şəhərlərə, zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir”, - deyə İnam Kərimov qeyd edib.

Bayram tədbiri anqklunq, talemponq və sape kimi ənənəvi musiqi alətlərində mahnıların ifası, eləcə də müxtəlif ənənəvi rəqslərin nümayişi ilə davam edib. İndanq (Qərbi Sumatra), enqanq (Kalimantan), ondel-ondel (Cakarta), topenq və puspancali (Bali) kimi ənənəvi rəqs indoneziyalı rəqqas və İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən yüksək səviyyədə ifa olunub.

Tədbir çərçivəsində, həmçinin İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilib. Bu tədbirdə “nasi goreng” (qızardılmış düyü), “bakso” (İndoneziya küftəcikləri), toyuq satay və qado-qado kimi müxtəlif İndoneziya təamları təqdim olunub.
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Son xəbərlər

Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib

Leyla Əliyeva Şəkidə uşaq evinin sakinləri ilə görüşdü - FOTOLAR

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

“Monaco Residence” - “Sea Breeze”də Ayparanın önündə möhtəşəm layihə

Oktay Kaynarca Fahriye Evcenlə tərəf müqabili oldu

Serialdakı gəlinlik düşərli oldu - Evlənəcək

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür

İran, ABŞ və Livan birgə komitə yaradacaqlar

"Şamaxı Peşə Liseyi" PHŞ-də 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə "Məzun Günü" tədbiri keçirildi - FOTOLAR

Sanksiyaların dayandırılmasından sonra İran nefti 20% bahalaşıb - Qalibaf

İLK İNSANDAN BU GÜNƏ QƏDƏR SEVGİNİN TƏKAMÜLÜ

Fransa İsveçə qarşı

SEVİNC YUNUSLU : SƏNİ SEVİRƏM - FOTO

ƏSL MÜƏLLM və yaxud QƏLBLƏRƏ İŞIQ PAYLAYAN INSAN - FOTO

YOLA ÇIXARKƏN DƏ DİQQƏT, UZAQDA OLARKƏN DƏ QAYĞI… - FOTO

MƏMMƏD QƏDİR : Söy mənim goruma, dincəl - FOTO

Qeyri-qida mallarını uyğunluq sənədi olmadan ölkəyə gətirmək mümkün olmayacaq

Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan ilk dəfə baytarlıq vaksini istehsal edəcək

Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü

Rusiya “TikTok”u cərimələdi

Türk dünyasının musiqi və rəqs ənənələri bir səhnədə - Fotolar

"Dünyanın ən gözəl qızı" onunla evləndi - FOTOLAR

Haluk Leventin qardaşı həbs edildi

“10 ildir heç kimlə görüşmürəm”

İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031