
Xəbərlər
11.09.2022, 23:24
YUBİLEYİN MÜBARƏK - FOTO
Bu gün məni Arazın o tayında tanıtdıran ,məni mötəbər kursulərdən çıxış etməyə layiq bilən Dəyərli ustadları tanıtdıran "KÖRPÜ" TELERADİO JURNALININ "1001"-Cİ NÖMRƏSİDİR,BU MÜNASİBƏTİLƏ VERİLİŞİN YARADICISI VƏ APARICISI AYDIN TƏBRİZLİNİ VƏ BÜTÜN ZƏHMƏTİ OLAN HƏR KƏSİ TƏBRİK EDİRƏM.ASAĞIDAKI ŞEİRİ YUBİLEY MÜNASİBƏTİLƏ KÖRPÜ VERİLİŞİNƏ HƏSR ETMİŞƏM.
YUBİLEYİN MÜBARƏK
ALlahin "1001" ismi,
"KÖRPÜ"nün "1001" günü,
Könlümə fərəh yaydı,
Bu axşam toy-düyünü.
"1000" axşam qonaq oldu,
O tay,Bu tay elimə,
Təbrik şeri yazıram,
"KÖRPÜ" adlı gülümə.
Evlərə işıq oldu,
Könüllərə yaraşıq,
Burda şeir söylədi,
1001şair,1000 aşıq.
Bu "KÖRPÜ"nü yaradan,
Aydın Təbrizli oldu,
Döndü bir şəlaləyə ,
Axdı qəlblərə doldu.
Bu veriliş ad oldu,
Əldə qələm yazana,
Körpü ruh verdi bizə,
Hər şairə,ozana.
1000 axşam canlı yayım,
Qonaq oldu bizlərə,
1000 axşam fərəh-sevinc,
Sevgi doldu gözlərə.
Canlı-canlı səs axdı,
Dinləndi kaman səsi,
Axıb doldu qəlblərə,
Aşıq -ozan nəğməsi.
Heç yorulmaq bilmədi,
Bu yolda Aydın özü,
Şəfa tək axdı,doldu,
Könüllərə o düzü.
Araz üstə qurulan,
Bu "KÖRPÜ"də kimlər yox,
Rəssam-həkim, mühəndis,
Hamı gözü -könlü tox.
"KÖRPÜ"nün uca adı,
Yayılıbdır dünyaya,
Bu gün gözümdə yaşlar,
Sevincdən dönüb çaya.
Neçə dastan xatirə,
Söylədilər ustadlar,
Yazmasam,qeyd etməsəm,
Küsər məndən o adlar.
Burda Rza "PAŞACAN",
Söz açdı Şəhriyardan,
Elşən hər gün danışdı,
Dünyada olanlardan.
Burda Dürdanə xanım,
"DİL-BİL" rubrikasında,
Görün nələr öyrətdi,
Verlişin arasında.
Əlinin kəlamından,
Bəhs etdi şair Elman,
Bilsəz ki,nə xatirə,
Duyduq Davud Nejatdan.
Burda yas da tutuldu,
Ustad şair Nazirə,
Neçə - neçə şairlər,
Yazdı ona nəzirə.
Hər gün canlı yayıldı,
Aydının bal səsində,
Dinlədik,min bir qəzəl,
Kaman təranəsində.
"KÖRPÜ" də itirdik biz,
Neçə şair,yazarı,
Kiminə şəfa dedik,
Yoxa çıxdı azarı.
"KÖRPÜ" ata evitək,
Hər üzvünə əzizdir,
Sanki ana qucagı,
Məhəbbəti dənizdir.
Sanki pirdir,ocaqdır,
Dolanırıq başına,
Kaş burda toy tutulsun,
Hər kəsin yüz yaşına.
Tanıdım bu "KÖRPÜ"də,
Şəmsullani,Keyvanı,
Sevdim sanki oğultək,
Elşəni,həm Elmanı.
Ərdəbildən Qartalı,
Dədə Səyyadı duydum,
Sərabdan Rəsul bəyin,
O bal səsinə uydum
Gör kimləri tanıdım,
Təbrizdən,Ərdəbildən,
Yol gözləyir qardaşlar,
Hər obadan,hər eldən.
Burda saz ustadları,
Dilləndirir sazını,
Burda xanəndələrın,
Dinlədik avazını.
Eldost qiraət etdi,
Qurandan ayələri,
Hər kəsə bilgi vermək,
Oldu bil sayələri.
Neçə-neçə rubrika,
Açdı Aydın Təbrizli,
Hər gecəsin,səhərə,
O açdı dirigözlü.
Çəkdi ağır zəhmətin,
"KÖRPÜ"nün Aydın qardaş,
Neçə narahat kəsə,
O özü oldu sirdaş.
Səslədi"KÖRPÜ" üstə,
Hər kəsi dost olmağa,
Yaralı ney,kaman tək,
Ürəklərə dolmağa.
"SAQİYE-AZƏRBAYCAN ",
Bax "Məhdi -TƏMƏDDÜN"ə,
Çap etdikcə bizləri,
Sanki çıxdıq ağ günə.
Hər kəsi duydu Aydın,
Ürəyi saf bu insan,
Musiqili həzin səs,
Payız yağışı ,leysan!
Vaxt da azalıb yaman,
Təbrizə yol almağa,
Ustad Şəhriyarımın,
Xoş ətrinə dalmağa.
1001-ci yayımdır,
Dedim olsun mübarək,
Ötsün necə 1000 yayım,
Mən də edirəm dilək!
Solmaz ŞİRVANLI {AYNAZ CƏVAHİR KƏLAM}
11-09-2022
"KÖRPÜ"nün "1001" günü,
Könlümə fərəh yaydı,
Bu axşam toy-düyünü.
"1000" axşam qonaq oldu,
O tay,Bu tay elimə,
Təbrik şeri yazıram,
"KÖRPÜ" adlı gülümə.
Evlərə işıq oldu,
Könüllərə yaraşıq,
Burda şeir söylədi,
1001şair,1000 aşıq.
Bu "KÖRPÜ"nü yaradan,
Aydın Təbrizli oldu,
Döndü bir şəlaləyə ,
Axdı qəlblərə doldu.
Bu veriliş ad oldu,
Əldə qələm yazana,
Körpü ruh verdi bizə,
Hər şairə,ozana.
1000 axşam canlı yayım,
Qonaq oldu bizlərə,
1000 axşam fərəh-sevinc,
Sevgi doldu gözlərə.
Canlı-canlı səs axdı,
Dinləndi kaman səsi,
Axıb doldu qəlblərə,
Aşıq -ozan nəğməsi.
Heç yorulmaq bilmədi,
Bu yolda Aydın özü,
Şəfa tək axdı,doldu,
Könüllərə o düzü.
Araz üstə qurulan,
Bu "KÖRPÜ"də kimlər yox,
Rəssam-həkim, mühəndis,
Hamı gözü -könlü tox.
"KÖRPÜ"nün uca adı,
Yayılıbdır dünyaya,
Bu gün gözümdə yaşlar,
Sevincdən dönüb çaya.
Neçə dastan xatirə,
Söylədilər ustadlar,
Yazmasam,qeyd etməsəm,
Küsər məndən o adlar.
Burda Rza "PAŞACAN",
Söz açdı Şəhriyardan,
Elşən hər gün danışdı,
Dünyada olanlardan.
Burda Dürdanə xanım,
"DİL-BİL" rubrikasında,
Görün nələr öyrətdi,
Verlişin arasında.
Əlinin kəlamından,
Bəhs etdi şair Elman,
Bilsəz ki,nə xatirə,
Duyduq Davud Nejatdan.
Burda yas da tutuldu,
Ustad şair Nazirə,
Neçə - neçə şairlər,
Yazdı ona nəzirə.
Hər gün canlı yayıldı,
Aydının bal səsində,
Dinlədik,min bir qəzəl,
Kaman təranəsində.
"KÖRPÜ" də itirdik biz,
Neçə şair,yazarı,
Kiminə şəfa dedik,
Yoxa çıxdı azarı.
"KÖRPÜ" ata evitək,
Hər üzvünə əzizdir,
Sanki ana qucagı,
Məhəbbəti dənizdir.
Sanki pirdir,ocaqdır,
Dolanırıq başına,
Kaş burda toy tutulsun,
Hər kəsin yüz yaşına.
Tanıdım bu "KÖRPÜ"də,
Şəmsullani,Keyvanı,
Sevdim sanki oğultək,
Elşəni,həm Elmanı.
Ərdəbildən Qartalı,
Dədə Səyyadı duydum,
Sərabdan Rəsul bəyin,
O bal səsinə uydum
Gör kimləri tanıdım,
Təbrizdən,Ərdəbildən,
Yol gözləyir qardaşlar,
Hər obadan,hər eldən.
Burda saz ustadları,
Dilləndirir sazını,
Burda xanəndələrın,
Dinlədik avazını.
Eldost qiraət etdi,
Qurandan ayələri,
Hər kəsə bilgi vermək,
Oldu bil sayələri.
Neçə-neçə rubrika,
Açdı Aydın Təbrizli,
Hər gecəsin,səhərə,
O açdı dirigözlü.
Çəkdi ağır zəhmətin,
"KÖRPÜ"nün Aydın qardaş,
Neçə narahat kəsə,
O özü oldu sirdaş.
Səslədi"KÖRPÜ" üstə,
Hər kəsi dost olmağa,
Yaralı ney,kaman tək,
Ürəklərə dolmağa.
"SAQİYE-AZƏRBAYCAN ",
Bax "Məhdi -TƏMƏDDÜN"ə,
Çap etdikcə bizləri,
Sanki çıxdıq ağ günə.
Hər kəsi duydu Aydın,
Ürəyi saf bu insan,
Musiqili həzin səs,
Payız yağışı ,leysan!
Vaxt da azalıb yaman,
Təbrizə yol almağa,
Ustad Şəhriyarımın,
Xoş ətrinə dalmağa.
1001-ci yayımdır,
Dedim olsun mübarək,
Ötsün necə 1000 yayım,
Mən də edirəm dilək!
Solmaz ŞİRVANLI {AYNAZ CƏVAHİR KƏLAM}
11-09-2022
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













