Brüssel görüşünün yekun nəticələri ilə bağlı Şarl Mişelin bəyanatı Ermənistan cəmiyyətini təşvişə salıb - Anar Salehoğlu
Brüssel görüşünün yekun nəticələri ilə bağlı
Şarl Mişelin bəyanatı Ermənistan cəmiyyətini təşvişə salıb - Anar Salehoğlu

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin dördüncü görüşü keçirildi. Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə bu ilin mayında Brüsseldə görüşmüşdülər. Bu danışıqların da əsas mövzusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması idi. 4 saata yaxın davam edən görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel mətbuata bəyanatla çıxış edib. Bəyanatda iki ölkə arasında sülh müqaviləsinin mətninin hazırlanması istiqamətində müəyyən addımların atılacağı xüsusi vurğulanıb.
Şarl Mişelin bəyanatı ciddi cəhdlə Minsk qrupunun danışıqlar prosesinə cəlb etməyə, onu "diriltməyə" çalışan Ermənistan və havadarlarını məyus etdi. Çünki, Şarl Mişelin bəyənatında Minsk qrupunun və Qarabağın adı çəkilmir. Ermənistan cəmiyyətini təşvişə salan məqam məhz bu idi. Belə olan halda artıq Minsk qrupunun danışıqlar masasında həm Azərbaycan, həm də Avropa İttifaqı üçün heç bir əhəmiyyətinin olmadığı açıq-aydın ortaya qoyulur.
Avropa İttifaqı Qarabağ mövzusunun Azərbaycanın daxili işi olduğunu qəbul edir və danışıqlar prosesində "Dağlıq Qarabağ" ifadəsi rədd edilir, onun əvəzinə "Qarabağ" ifadəsi istifadə olunur. Son görüşdə isə ümumiyyətlə Qarabağın adı çəkilmir. Cənab prezident İlham Əliyevin Minsk qrupunun fəaliyyətsizliyi haqqında fikirləri əsas götürülərək danışıqlar masasında qarşı tərəfin təzyiqlərinə baxmayaraq bu qurum haqqında bir söz belə deyilmir. Buradan bəlli olur ki, Azərbaycan tərəfi sülh danışıqlarının istiqamətini müəyyən edən tərəfdir. Bu vəziyyətdə Ermənistan tərəfinin revanşist hisslərə qapılaraq hərəkət etməsi gələcəkdə rəsmi Yerevanın daha çox güzəştə getməsinə gətirib çıxaracaq. Müzəffər ali baş komandanın dediyi kimi: Dəmir Yumruq Yerindədir! Odur ki, təxribata əl atmaq, xamxəyala qapılmaq, üçtərəfli müqavilənin şərtlərini pozmaq Ermənistana xeyirdən çox ziyan verəcək, baha başa gələcək. Ona görə də, Ermənistan tərəfi sülh müqaviləsinin tezliklə imzalanmasına maraqlı olmalıdır. Prosesin uzanması Azərbaycana elə də çox təsir göstərməyəcək. Ermənistan isə blokada şəraitində uzun müddət yaşaya bilməyəcək!

Son xəbərlər

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031