Emin Ağalarov: "Bunu Donald Trampdan öyrənmişəm"
Azərbaycanın Xalq artisti Emin Ağalarov “Forbes Life” jurnalına geniş müsahibə verib.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, Emin Ağalarov müsahibəsində Moskvada yeni açdığı “Peach” (“Şaftalı”) restoranı barədə danışıb.

Ağalarov deyib ki, markanın arxasında bir insan varsa, xüsusən də söhbət restoran biznesindən gedirsə, onu tanıtmaq daha asandır:

"Bu brendlərin siması olduğuma inanıram. Yəni, Ağalarovun restoranları. Yeni restoran açdığımı videoda elan edib insanları ora dəvət etsəm, bu, onlar üçün keyfiyyət əlamətidir. Zəhərlənməyəcəklərinə, xidmətin yaxşı olacağına, çox güman ki, dadlı olacağına inamdır. Hər kəsin subyektiv fikri var, kiminsə xoşuna gəlməyə bilər, amma, ümumiyyətlə, başa düşürəm ki, izləyicilərimin çoxu gedib mənim etdiklərimdən yeni bir şey sınayacaqlar, çünki artıq məni tanıyırlar. Əslində, mən bunu hər yerdə soyadını başlığa yazan Donald Trampdan öyrənmişəm”.

Emin Ağalarov daha sonra qeyd edib ki, dünyanın ən yaxşı restoranlarında belə nöqsanlar baş verir:

“Bundan uzaqlaşmaq olmaz, bu insan faktorudur. Mən bunu sakit qəbul edirəm, idarəçilərimi danlamıram, çünki bir gündə 1000 və ya 1500 nəfər restorana gələ bilər - hamını qane etmək mümkün deyil. Mən özüm restoranda qarderob, ofisiant köməkçisi işləmişəm. Bu yaradıcı prosesdir. Narazılıq bəzən obyektiv, bəzən də subyektiv olur. Subyektiv olduqda - tamam, obyektiv olduqda - düzəltmək, nəticə çıxarmaq və təkmilləşdirmək lazımdır”.
Xalq arttisti öz işçiləri haqqında da danışıb:

“İrəliləyiş görsəm, onlara limitsiz şans verməyə hazıram. İnsan bir dəfə səhv edibsə, onu işdən çıxarmaram. 22 ilə yaxındır işləyirəm, şəxsi biznesimdə ümumilikdə 5000-ə yaxın insan işləyir və bütün bu müddət ərzində bəlkə də on işçini işdən çıxarmışam”.

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031