
Xəbərlər
13.10.2019, 21:32
Zakir Qaralov Gəncəyə yeni prokuror təyin etdi

Baş Prokuror Zakir Qaralovun əmri ilə Gəncə şəhərinə yeni prokuror təyin olunub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Azad Qarayev Gəncə şəhərinin Prokuroru postuna gətirilib.
O daha öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsini icra edib.
Qeyd edək ki, Azad Qarayev bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilən Fazil Həsənəliyevi əvəz edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













