Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR
Paytaxt yollarında avtomobillərin üzərində müxtəlif xarakterli yazılar, şəkillər, bəzək ornamentləri və digər formalarda diqqəti yayındıran şəkillərin vurulduğu nəqliyyat vasitələrini görməmiş olmazsınız.Xüsusi reklam lövhəli şirkət avtomobilləri istisna olmaqla digər yazılar, fotolar kustar üsulla sürücülər tərəfindən vurulur. Bəzən avtomobilin üzərinə o qədər lüzumsuz ifadələr yazılır ki, bu, hərəkətdə olan digər nəqliyyat vasitəsinin sürücüsünün fikrini yayındırır.Bu yazılar arasında dini kəlamlar, filmlərdən alınan replikalar, aforizmlər, hətta ağır tənqidi fikirlər belə var.Bu kimi hallar səbəbindən baş verən qəzaların sayı da az deyil.

Bəs bu məqam “Yol hərəkəti haqqında” qanunla tənzimlənirmi?

Sfera.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında deyir ki, paytaxt yollarında hər gün reklam xarakterli, bəzən isə lüzumsuz ifadələr, şəkillər həkk olunmuş nəqliyyat vasitələrinə rast gəlirik:
“Avtomobillərə öz nömrəsini, “qaziyəm” sözünü yazmaq, şəhidlərin şəkillərini vurmaq - bu kimi hallar yolverilməzdir. Heç kim bizi yanlış anlamasın, şəhidlərimiz bizim üçün dəyərlidirlər. Lakin dəfələrlə şəhid ailələri DYP ilə əlaqə saxlayıb müxtəlif avtomobil nömrələri verirlər ki, filankəs sürücü mənim şəhid olan qardaşımın, qohumumun şəklini maşınına vurub, həmin maşınla da xuliqanlıq edir, qayda pozur, məsuliyyətdən yayınır, bu kimi davranışlarla şəhidin ruhuna hörmətsizlik edir, xahiş edirəm, o avtomobili saxlayıb şəhidimizin fotosunu çıxarmasını tələb edin.
Eyni zamanda digər diqqət yayındıran fotolar, yazılar da yolverilməzdir. Bu cür formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır, hətta bəzi hallarda reklam haqqında qanunvericiliyin tələblərini də pozur. Müxtəlif xarakterli yazılar, ifadələr isə ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərlə sığmayan, ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığına səbəb olur.
Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir.
Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikirlərini, istəklərini, baxışlarını ifadə etmək kimi arzusu, istəyi varsa, bunu qanun çərçivəsində, təyinatı üzrə etməli, özünə qarşı diqqət cəlb etmək məqsədilə ətraf mühitə, ictimaiyyətə yersiz informasiyalar ötürüb narazılıq yaratmamalıdır.
Belə sürücülərin diqqətinə çatdırırıq ki, avtomobilin üzərinə lüzumsuz ifadələr yazmaqdan yayınsınlar. Bu işlərin əvəzinə daha faydalı və vacib olan “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamağı və təhlükəsiz hərəkəti təmin etməyi tövsiyə edirik”.
Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR
Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR
Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR
Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR
Avtomobilə dini kəlam, aforizm, şəhid şəkli vuran sürücülərin NƏZƏRİNƏ! - FOTOLAR

Son xəbərlər

İyun ayının 27-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı keçirildi - FOTO

Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir

"Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib

Kredit almaq istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar TƏSDİQLƏNDİ

Sürücü hazırlığına investisiya niyə vacibdir?

İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib

HAMININ SƏMİMİ DOSTU. HƏMKARIMIZ FAİQ QİSMƏTOĞLUNUN 70 İLLİK YUBİLEYİNƏ - FOTO

Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir

İyunun son günündə 33 dərəcə isti gözlənilir

Ayda bir dəfə enerji içkisi içmək belə yuxunu poza bilər

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?

Pərviz Şahbazova ağır itki

İyunun son günü hava necə olacaq?

Maykl Cekson haqqında filmdən rekord

QIZBƏS QƏBƏLƏ : UŞAQLAŞIRAM - FOTO

TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər

Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək

Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb

Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası minalar səbəbindən aylar çəkə bilər

ABŞ və İran mühüm razılığa gəldi

Amerikalı üzgüçü dünya rekordunu yeniləyib

Gürcüstan İsrailə yeni səfir təyin etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930