Yol hərəkətinin təhlükəsizliyi hər bir yol iştirakçısının məsuliyyətli davranışı, sürücülərin peşəkarlığı, müasir texnologiyaların tətbiqi və maarifləndirmə tədbirlərinin vəhdəti ilə formalaşır.

Nəqliyyat vasitələrinin və infrastrukturun inkişafı ilə yanaşı, bu amillər daha təhlükəsiz yol mühitinin yaradılmasında mühüm rol oynayır. Rəqəmsal mobillik platformaları da təhlükəsizliyin artırılması üçün müxtəlif texnoloji həllər və maarifləndirmə təşəbbüsləri həyata keçirirlər.

Təhlükəsizlik texnologiya ilə başlayır

Müasir tətbiqlər istifadəçilərə səfər zamanı əlavə təhlükəsizlik imkanları təqdim edir. Məsələn, Bolt tətbiqində avtomobilə əyləşməzdən əvvəl sürücünün adı, şəkli, avtomobilin markası və dövlət qeydiyyat nişanını yoxlamaq mümkündür.

Bundan əlavə, tətbiqdə mövcud olan “Gedişin təsdiq kodu” (Pickup Code) funksiyası sərnişinin düzgün avtomobilə əyləşməsinə kömək edir. "Səfəri paylaş" funksiyası isə marşrutu ailə üzvləri və ya yaxınlarla bölüşməyə imkan verir. İstifadəçilər həmçinin tətbiqdə yerləşən təhlükəsizlik alətləri vasitəsilə zərurət yarandıqda operativ şəkildə dəstək ala və qarşılaşdıqları hər hansı qeyri-etik davranış barədə məlumat verə bilərlər.

Lakin təhlükəsizliyin təmin olunması yalnız texnoloji həllərlə məhdudlaşmır. Ən vacib amillərdən biri peşəkar və məsuliyyətli sürücülərin hazırlanmasıdır.

Təhlükəsiz yollar peşəkar sürücülərlə başlayır

Sürücülərin peşəkar hazırlığına töhfə vermək məqsədilə Bolt Azərbaycanda "Bolt Akademiyası" təşəbbüsünü həyata keçirir.

Layihənin məqsədi platformada fəaliyyət göstərən sürücülərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların peşəkar sertifikat əldə etmələrinə dəstək olmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyi mədəniyyətinin inkişafına töhfə verməkdir.

Bolt Akademiyası çərçivəsində bu günədək Azərbaycanın beş şəhərində 3000-dən çox sürücü Bolt-un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb.

Bolt şirkətinin taksi xidməti üzrə Baş meneceri İlkin Zeynallı qeyd edib: “Yol təhlükəsizliyi yalnız texnologiya ilə təmin olunmur. Bunun üçün sürücülərin peşəkar hazırlığı, maarifləndirmə və bütün tərəflərin əməkdaşlığı vacibdir. Bolt olaraq inanırıq ki, təhlükəsiz mobillik ekosistemi yalnız uzunmüddətli investisiyalar və təhsil təşəbbüsləri ilə formalaşa bilər."

Yol təhlükəsizliyi maarifləndirmə ilə güclənir

Yol təhlükəsizliyi istiqamətində həyata keçirilən təşəbbüslər yalnız sürücülərlə məhdudlaşmır. Bolt "Yol Təhlükəsizliyi" (Road Safety) proqramı çərçivəsində Xaçmaz, Qusar, Qəbələ və digər regionlarda məktəbləri ziyarət edərək şagirdlər üçün maarifləndirici sessiyalar keçirib. Proqram çərçivəsində təhlükəsiz yol davranışını təşviq etmək məqsədilə məktəblilər arasında yol təhlükəsizliyinə həsr olunmuş müsabiqə də təşkil olunub. Təşəbbüsün əsas məqsədi uşaq və yeniyetmələrdə yol hərəkəti qaydaları ilə bağlı biliklərin artırılması və erkən yaşlardan məsuliyyətli yol hərəkəti mədəniyyətinin formalaşdırılmasıdır.

Yol təhlükəsizliyinin artırılması uzunmüddətli və birgə yanaşma tələb edir. Bu istiqamətdə texnoloji həllər, peşəkar sürücü hazırlığı və maarifləndirmə təşəbbüsləri bir-birini tamamlayan vacib elementlərdir. Bolt da bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanda daha təhlükəsiz mobillik mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930